Rusiya çempionatının bombardiri "Spartak"dan gedir

Rusiya çempionatının bombardiri "Spartak"dan gedir

Rusiya Premyer Liqasında 17 qolla 2024/2025 mövsümünün bombardiri olan kosta-rikalı hücumçu Manfred Uqalde Moskva "Spartak"ını tərk edəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, dekabrda "Monako" və PSJ-nin maraqlandığı forvardın daha bir neçə variantı var və o, Rusiyada qalmaq niyyətində deyil. Mənbə 23 yaşlı futbolçunun satılacağını vurğulayıb.

"Spartak" Uqaldeni ötən ilin yanvarında, 13 milyon avro qarşılığında Niderlandın "Tvente" klubundan alıb. Onun Moskva təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı ön xətt oyunçusunun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər