Rusiya çempionatında inqilab - Yeni liqa yaradılır

Rusiya çempionatında inqilab - Yeni liqa yaradılır

Rusiyanın "Sibiryak" futzal klubu yeni ideya ilə çıxış edib.

Fanat.Az TASS-a istinadən xəbər verir ki, sözügedən klub yüksək liqanın 7 iştirakçısını ətrafına toplayaraq yeni təşkilat - Superliqa yaratmaq qərarına gəldiyini açıqlayıb.

Rusiya Futzal Assosiasiyasının (AMFR) prezidenti, əslən azərbaycanlı Emil Əliyev bu ideyanın həyata keçməsinə imkan verməyəcəklərini açıqlayıb:

"Rusiya Futzal Assosiasiyasına on klubdan razılıq məktubu daxil olub ki, onların hamısı çempionatda iştirak edəcəklərini təsdiqləyiblər. Açığı, ayrıca liqa yaratmaq bizim üçün böyük sürpriz oldu. Halbuki, sentyabrın 9-da Yuqorskda “Qazprom-Uqra” və “Sinara” arasında superkubok oyunu, sentyabrın 16-da isə 2022/23 mövsümünün ilk turu isə keçirilməli idi. AMFR öz fəaliyyətində Rusiya Futbol İttifaqının və şəxsən qurumun prezidenti Aleksandr Dyukovun dəstəyini rəhbər tutur. 2019-cu ilin noyabrında RFİ İcraiyyə Komitəsi 2023/2024 mövsümünə qədər Rusiya çempionatına ev sahibliyi etmək hüququnu bizə təhvil verib. Bu baxımdan, əminəm ki, qurum bütün daxili futbol sisteminin sabitliyinin təminatçısı kimi, Rusiya futzal çempionatının başlanmasına iki həftə qalmış belə anarxiyaya yol verməyəcək". Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər