Rusiya çempionatında azarkeşlər ukraynalı məşqçini dəstəklədi

Rusiya çempionatında azarkeşlər ukraynalı məşqçini dəstəklədi

Rusiyanın Ukraynaya hücumuna dünyanın əksər ölkələrində keçirilən idman yarışlarında hansısa formada etirazlar bildirilir. Maraqlıdır ki, Rusiyanın özündə də buna cəsarət edən tapılıb.

Fanat.Az xəbər verir ki, dünən Moskva "Dinamo"su ilə “Ximki” komandalarının oyununda paytaxt klubunun azarkeşləri Ukrayna futbolunun əfsanəsi Andrey Voroninin adını səsləndirərək ona dəstək nümayiş etdiriblər.

Dünən keçirilən oyunda Moskva klubu "Ximki" ilə səfərdə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.

Yerli mətbuatın yazdığına görə, "Dinamo"nun baş məşqçisinin köməkçisi olan Voronin müharibə başlayanda Moskvanı tərk etdiyi üçün matça qatılmayıb.

Voronin 2002-2012-ci illərdə Ukrayna millisində çıxış edib və 74 oyunda çıxış edib. O, 2006-cı il Dünya Çempionatında və 2012-ci ildə Avropa Çempionatında çıxış edib. O, Ukrayna yığmasının heyətində 8 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər