Qadın voleybolçuların qitə birinciliyi başa çatıb. Fanat.az xəbər verir ki, final qarşılaşmasından sonra çempionun adı bəlli oldu. Avropanın ən güclüsü adını Rusiya millisi qazanıb.
Meydan sahiblərini 3:1 hesabıyla məğlub edən şimal qonşularımız 12 illik fasilədən sonra yenidən qızıl medala sahib çıxıblar. Almaniya yığması isə möhtəşəm azarkeş dəstəyi ilə 1 setdən artığını bacarmadı və ardıcıl ikinci dəfə finalda məğlubiyyətlə üzləşdi.
Qeyd edək ki, bu görüşdən əvvəl üçüncülük uğrunda Serbiya və Belçika mübarizə aparıb. Gözlənilməz olsa da, belçikalılar son Avropa çempionunu 5 setlik çətin keçən oyunda üstələməklə bürünc medala sahib çıxıblar.
Fanat.az