Rus klubları Türkiyə toplanışından imtina etdilər

Rus klubları Türkiyə toplanışından imtina etdilər
Rusiya Futbol İttifaqı (RFİ) ölkə klublarına qışda təlim-məşq toplanışı üçün Antalyaya getməməyi tövsiyə edib.

Bu tövsiyə Türkiyənin Rusiya hərbi hava qüvvələrinə məxsus SU-24 qırıcı təyyarəsini vurması səbəbindən səsləndirilib.

Qeyd edək ki, adisədən sonra Rusiya dövləti öz vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb.

Rusiya Peşəkar Futbol Liqasının prezidenti Sergey Pryadkin bildirib ki, RFİ-nin İcraiyyə Komitəsi “klublara tələb yox, yalnız tövsiyə irəli sürüb”.

Rusiya mətbuatı yazıb ki, iki ölkə arasında siyasi gərginliyi nəzərə alsaq, klubların hamısı bu tövsiyəni yerinə yetirəcək və Antalya hazırlığında imtina edəcək.

Qeyd edək ki, artıq “Rostov”, “Kuban”, “Ufa”, “Amkar”, “Krasnodar” və “Spartak” Antalyadakı təlim-məşq toplanışlarına getməyəcəklərini bəyan ediblər.(qol.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər