Runidən Salaha sərt sözlər: "Afrikaya yollan, qoy hər şey sakitləşsin"

Runidən Salaha sərt sözlər: "Afrikaya yollan, qoy hər şey sakitləşsin"

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi "Liverpul"un ulduzu Məhəmməd Salahı tənqid edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:

"O, "Liverpul"dakı irsini gözdən salır. Salah hər şeyi səhv edir. Arne Slot nüfuzunu ortaya qoymalı, onu çağıraraq deməlidir: "Sən komanda ilə oyuna getməyəcəksən. Dediklərin yolverilməzdir. Afrikaya yollan, qoy hər şey sakitləşsin". İstənilən halda, mövcud vəziyyətlə bağlı ən qısa zamanda ölçü götürülməlidir".

Xatırladaq ki, Salah İngiltərə Premyer Liqasının 15-ci turunda "Lids"lə bərabərliyə razılaşdıqları matçdan sonra komandadakı rolunu xatırlatmış və baş məşqçi Arne Slotu onu ehtiyatda saxladığına görə qınamışdı.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər