Runi əvvəlki baş məşqçidən 3 dəfədən də çox maaş alacaq - MƏBLƏĞ

Runi əvvəlki baş məşqçidən 3 dəfədən də çox maaş alacaq - MƏBLƏĞ

"Birmingem Siti"nin baş məşqçi postunu tutacağı gözlənilən Ueyn Runi Çempionşip təmsilçisinin əvvəlki çalışdırıcısı Con Yustasdan 3 dəfə çox maaş alacaq.

Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.

Xəbərə görə, İngiltərə millisinin sabiq forvardı həftəyə 29 min funt sterlinq (33 min 472 avro) qazanacaq. Mənbə Yustasın həftəyə 9 min funt sterlinq (10 min 387 avro) aldığını açıqlayıb ki, bu da Runinin qazancından 3 dəfədən də azdır.

Qeyd edək ki, 11 oyuna 18 xal toplayan "Birmingem Siti" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər