Rumınlar "Xəzər Lənkəran"ı darmadağın etdi

Rumınlar "Xəzər Lənkəran"ı darmadağın etdi
Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" bu gün 4-cü yoxlama oyununu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Elbrus Məmmədovun komandasını Rumıniya klubu ilə oyunda sınayıb.
Belə ki, "Xəzər Lənkəran"ın rəqibi "Universitatya" (Krayova) olub. Oyun rumınların 3:0 hesablə qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Universitatya" futbol klubu 2013-cü ildə yaradılıb. 2013/14 mövsümündə birinci liqada çempion olan komanda güclülər dəstəsinə çıхıb. Emil Sandoyun başçılıq etdiyi Krayova təmsilçisi qış fasiləsinə turnir cədvəlinin 6-cı pilləsində yollanıb. 
"Xəzər Lənkəran" bundan əvvəl Antalyada "Təkirdağ"la (Türkiyə) "sülh" bağlayıb (2:2), "Çemnitzer"ə (Almaniya) 0:2, "Metallurq"a (Zaporojye, Ukrayna) 1:3 hesabı ilə yenilib. "Ağ-yaşıllar" son yoхlama matçını yanvarın 25-də "Taraz"a (Qazaxıstan) qarşı keçirəcək.
Antalya
Yoxlama oyunu
21 yanvar
Xəzər Lənkəran (Azərbaycan) - Universitatya (Rumıniya) 0:3
Qollar: İonu Tarnakop, 3. Andrey Herqeleqyu, 59; 82.
Xəzər Lənkəran: Vyekoslav Tomiç, Elvin Mirzəyev, Ruslan Cəfərov, Rahid Əmirquliyev, Tural Cəlilov, Elçin Rzazadə, Sadio Tounkara, Alfred Sanko, Elnur Cəfərov, Ağabala Ramazanov.
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə.
"Papillon Futbol Mərkəzi"nin stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər