Rumınlar Juninyonun "Sevilya"ya satılacağına ümid edirlər

Rumınlar Juninyonun "Sevilya"ya satılacağına ümid edirlər

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda "Qarabağ"ın qonağı olacaq FKSB klubunun təmsil etdiyi Rumıniyada Azərbaycan təmsilçisinin həmin matçadək Juninyonu "Sevilya"ya satacağına ümid edirlər.

Fanat.Az xəbər verir ki, "Sport.ro" belə yazıb:

"Juninyonun mümkün gedişi FKSB üçün sərfəli olar. Əlbəttə, bu keçid 23 yanvar tarixinə, "Qarabağ"la Bakıdakı oyuna qədər reallaşsa".

Xatırladaq ki, "Cadena Cope" "Sevilya"nın Azərbaycan klubuna Juninyo üçün 2 milyon avroluq təklif göndərdiyini, lakin bu məbləğin Ağdam təmsilçisini qane etmədiyini bildirib. Artıq "Qarabağ" da Əndəlüs təmsilçisindən təklif aldığını və geri çevirdiyini təsdiqləyib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər