Ruis London klubuna keçə bilər

Ruis London klubuna keçə bilər

"Napoli"nin yarımmüdafiəçisi Fabian Ruis karyerasını İngiltərə Premyer Liqasında - London "Arsenal"ında davam etdirə bilər. 

Fanat.Az "AreaNapoli"yə istinadən xəbər verir ki, 2019-cu ildə gənclər arasında Avropa çempionu olan ispan "topçular"ın prioritet hədəflərindən birinə çevrilib.

Mənbə Ruisin İPL təmsilçisində oynamağa xüsusi maraq göstərmədiyini, "Real Madrid" və PSJ-dən təklif gözlədiyini vurğulayıb.

Bu növsüm A Seriyasında 22 matça çıxan ispaniyalı futbolçu 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Napoli" ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq. 

Daha öncə "Real Betis" və "Elçe" kimi komandalarda top qovmuş Fabian 2018-ci ildən neapolluların formasının geyinir. "Transfermarkt" portalı sözügedən futbolçuya 55 milyon avro qiymət qoyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər