Rüfət Dadaşovun yeni baş məşqçisi müəyyənləşdi

Rüfət Dadaşovun yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun komandasının - Almaniya Regional Liqasında mübarizə aparan Berlin “Dinamo”sunun yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. 

Komanda almaniyalı çalışdırıcı Dennis Kutribə tapşırılıb. 44 yaşlı Kutrib 2 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, "Dinamo"nun əvvəlki baş məşqçisi avstriyalı Andreas Herafın istefasından sonra onun funksiyasını müvəqqəti olaraq Nils Vayler yerinə yetirirdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər