Almaniya Regional Liqasının Şimal-şərq zonasında çıxış edən "Dinamo"nun formasını geyinən Rüfət Dadaşov XXVII turun "Halberştadt”la oyununda ağır zədə alıb. Fanat.Az xəbər verir ki, 4:2 hesablı qələbə qazandıqları oyunda dubl edən futbolçu 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
III Bundesliqada çıxış edən "Proyssen Myunster”lə 2 illik müqavilə bağlayan Rüfət mövsümün sonunda yeni komandasına qoşulacaq. Mövsümün sonunadək bərpa olunacağına inanan Dadaşov Berlin klubunu belə tərk etmək istəmir: "Dinamo”dakı sonluğumun belə olacağını təsəvvür etməzdim. Amma iyunun 30-da "Proyssen Myunster”ə qoşulanadək meydana qayıda biləcəyəm”.
Fanat.Az