Ruan Renato yubiley matçında sevindi

Ruan Renato yubiley matçında sevindi

Braziliyalı müdafiəçi Ruan Renato “Zirə”nin heyətində 100-cü oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçunun yubileyi Azərbaycan Kubokunun 1/8 final mərhələsinə təsadüf edib.

Cənubi amerikalı legioner “Neftçi” ilə əlavə vaxta qədər uzanan qarşılaşmada (1:0) 120 dəqiqə meydanda olub.

Renato “Zirə”də keçirdiyi 100 matçda 9 qola imza atıb. O, Premyer Liqada 80 (8 qol), kubokda 10 (1 qol), avrokuboklarda 10 matç keçirib.

Arxa xətt oyunçusu “Zirə”nin tarixində 100 və daha çox oyunda forma şansı qazanan 9-cu futbolçudur.

Qeyd edək ki, Renato "qartallar"ın heyətində 2023-cü il avqustun 5-də, Premyer Liqanın “Qarabağ”la səfər matçında (1:0) debüt edib.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər