RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

Rusiya Premyer Liqasından (RPL) uzaqlaşdırılan "Torpedo"nu əvəzləyəcək komandanın adı bəlli olub.

Fanat.Az xəbər verir ki, Moskva təmsilçisinin elitadakı yerini "Orenburq" tutacaq.

Qərasrı Rusiya Futbol Federasiyasının (RFF) İcraiyyə Komitəsi qəbul edib. "Orenburq" ötən mövsüm Premyer Liqada 15-ci yeri tutaraq I Liqaya düşmüşdü.

Qeyd edək ki, "Torpedo" klubu RFF-nin İntizam Komitəsi tərəfindən hakimlərə rüşvət vermək ittihamı ilə Premyer Liqadan kənarlaşdırılıb. Klub həmçinin 5 milyon rubl cərimələnib. Moskvalıların prezidenti Leonid Sobolyov və rüşvət almaqda şübhəli bilinən hakim nəzarətə götürülüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər