"Borussiya"nın kapitanı Marko Roys qeyri-müəyyən müddətə sıradan çıxıb.
Fanat.Az "Borussiya"nın saytına istinadən xəbər verir ki, Roysun adduktor əzələsində tendinit aşkarlanıb. 31 yaşlı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
"Təəssüf ki, iltihab əmələ gəlib. Roys komanda ilə məşq edə bilmir. Onun qayıdışını təxmin etmək çox çətindi", - deyə Dortmund klubunun idman direktoru Mixael Tsork bildirib.
Roys zədə səbəbindən fevral ayından bəri oynaya bilmirdi. Alman oyunçu iyun ayının əvvəllərində komanda ilə məşqlərə başlamışdı.
Fanat.Az