“Real”ın keçmiş hücumçusu Kriştianu Ronaldunun oğlu La Liqa təmsilçisinin gənclərdən ibarət akademiyasına qayıdıb.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, 12 yaşlı kiçik Kriştianu indiyə qədər atasının çıxış etdiyi klubların uşaqlardan ibarət komandasında çıxış edib (“Real”, “Yuventus” və “Mançester Yunayted”).
O, “Real”ın 14 yaşadək futbolçulardan ibarət komandasında 20 matçda 50-dən çox qol vurmağı bacarıb.
Noyabr ayında Kriştianu Ronaldu “Mançester Yunayted”lə müqaviləsini ləğv edib. Portuqaliya yığmasının üzvü hazırda azad agent statusundadır. O, İngiltərə klubundan ayrılandan sonra məhz “Real”ın düşərgəsində məşq edir.