"Ronaldunun növbəti Avropa birinciliyində olacağına inanıram"

"Ronaldunun növbəti Avropa birinciliyində olacağına inanıram"

Portuqaliya millisinin və Fransanın "Lill" klubunun müdafiəçisi Joze Fonte ulduz həmyerlisi Kriştianu Ronaldudan danışıb.

Fanat.Az  xəbər verir ki, "ZeroZero" onun söylədiklərini belə çatdırıb:

"Məncə, Ronaldu öz gələcəyini özü müəyyənləşdirməyə qadir personadır. Heç kim onun nə düşündüyünü dəqiq deyə bilməz. Əminəm ki, fiziki hazırlıq baxımından özünü əla hiss edir. Bu, çox vacib məqamdır. Kriştianunun yalnız Qətərdəki dünya çempionatında deyil, növbəti Avropa birinciliyində də olacağına inanıram".

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2022-nin pley-off mərhələsinin finalında Şimali Makedoniyanı 2:0 hesabı ilə yenərək mundiala vəsiqə qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər