Kriştianu Ronaldunun "Mançester Yunayted"dəki qazancı açıqlanıb.
Fanat.Az "Spotrac"a istinadən xəbər verir ki, portuqaliyalı superulduz İngiltərə klubunda illik 25 milyon funt sterlinq əməkhaqqı alır.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərədə oyunçularına ən çox maaş verən klub ünvanını daşıyır - 226,6 milyon funt sterlinq.
Nihat