Ronaldunun komandası Kral Kubokunu qazana bilmədi

Ronaldunun komandası Kral Kubokunu qazana bilmədi

Kral Kubokunun qalibi bəlli olub.

Fanat.Az xəbər verir ki, həlledici matçda "Əl-Hilal" və "Əl-Nəsr" qarşılaşıblar.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib. Tərəflər əlavə vaxtda qol vura bilmədikləri üçün penaltilərə ehtiyac duyulub. Penaltiləri Kriştianu Ronaldunun komandasından daha dəqiq yerinə yetirən (5:4) "Əl-Hilal" titula sahib çıxıb.

Qeyd edək ki, matçın 56-cı dəqiqəsində "Əl-Nəsr"in qapıçısı David Ospina birbaşa qırmızı vərəqə alıb. 87-ci dəqiqədə "Əl-Hilal"ın müdafiəçisi Əli Əl-Bulayhi meydandan qovulubsa, 90-cı dəqiqədə bu komandanın digər arxa xətt oyunçusu Kalidu Kulibali ikinci sarı vərəqəni görərək paltardəyişmə otağına vaxtından əvvəl yollanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər