"Everton"un forvardı Dominik Kalvert-Lyüin daha yaxşı ola bilmək üçün "Mançester Yunayted"in superulduzu Kriştianu Ronaldunun çıxışına diqqət yetirdiyini deyib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" hücumçunun söylədiklərini belə çatdırıb:
"Bir mərkəz hücumçusu kimi onun oyununa baxmaqdan zövq alıram. Təhlillər aparır, Ronaldudan öyrənirəm. Zəhmət və tükənməz həvəsdən danışırıqsa o, dünyanın ən yaxşısıdır".
Qeyd edək ki, Kalvert-Lyüin bu mövsüm çıxdığı 3 Premyer Liqa matçında 3 qol vurub.
Nihat