Ronaldudan yeni rekord

Ronaldudan yeni rekord
"Yuventus”un hücumçusu Kristianu Ronaldu İtaliya A Seriyasının ilk turunda növbəti statistik uğura imza atıb.
 
Fanat.Az xəbər verir ki, 35 yaşlı hücumçu "Sampdoriya” ilə görüşdə "çərçivə”yə 10 dəqiq zərbə vurmağı bacarıb. Bu isə Avropanın top-5 liqasında bütün oyunçular arasında ən yaxşı göstərici hesab olunur.
Superulduz 3:0 hesabı ilə qalib gəldikləri matçda qol və məhsuldar ötürmə ilə də yadda qalıb. Portuqaliyalı bu qolla öz məhsuldar seriyasını uzadıb.
 
Digər tərəfdən, təcrübəli hücumçu klub səviyyəsində ardıcıl 19-cu mövsümdə qol vurub. Bunadək Ronaldo Portuqaliya "Sportinq”i, İngiltərə "Mançester Yunayted”i və İspaniya "Real”ında fərqlənib.
 
Qeyd edək ki, Ronaldu 2018-ci ildən "Yuventus”da çıxış edir. O, bu komandada iki dəfə İtaliya çempionatının, bir dəfə isə ölkə Super Kubokunun qalibi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər