Ronaldudan qəzəbli "Qızıl top" mesajı: "Vecimə deyil"

Ronaldudan qəzəbli "Qızıl top" mesajı: "Vecimə deyil"

Kriştianu Ronaldu "bundan sonrakı ambisiyasının Lionel Messidən daha çox "Qızıl top"u qazanmaq olduğu" xəbərinə qəzəblə reaksiya verib.

Fanat.Az xəbər verir ki, ulduz futbolçu bu haqda özünün "İnstagram" səhifəsində paylaşım edib. 

"Ballon d’Or"un qala-gecəsinə qatılmamağa qərar verən Ronaldu "France Football"ı, nəşrin baş redaktoru Paskal Ferreni hədəf alıb:

"Paskal Ferre yalan danışdı. O, özünü və işlədiyi nəşri tanıtmaq üçün mənim adımdan istifadə etdi. Və bu gün o, yenə də yalan danışaraq, mövcud olmayan karantinlə premyerada olmadığımı əsaslandırdı. 

Paskal Ferre "Qızıl top"u Lionel Messidən daha çox alaraq futboldan getmək istədiyim barədə yalan danışıb. Adını yaymaq üçün məndən istifadə etdi. Belə bir yalan qəbuledilməzdir. Karyeramın ən böyük ambisiyası peşəkar futbolçu olmaq istəyənlərə örnək olmaq və adımı dünya futbol tarixinə qızıl hərflərlə yazdırmaqdır. Karyeramın əvvəlindən idmana və ədalətli oyuna əhəmiyyət verirəm. Mən həmişə qalibləri təbrik edirəm. Bütün diqqətimi “Mançester Yunayted”lə mövsümün qalan hissəsinə yönəltmişəm. Qalanı vecimə deyil”. Ronaldudan qəzəbli "Qızıl top" mesajı: "Vecimə deyil"

Qeyd edək ki, "France Football"ın baş redaktoru Paskal Ferre "Kriştianonun yalnız bir məqsədi var: Messidən daha çox "Qızıl top"la karyerasını bitirmək. Bunu bilirəm, çünki o özü mənə belə deyib" şəklində açıqlama verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər