"Mançester Yunayted" klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldu( Cristiano Ronaldo) İngiltərə Çempionatının 5-ci turunda "Vest Hem Yunayted"i (2: 1) məğlub etdikdən sonra İnstaqram səhifəsində emosional paylaşım edib.
Fanat.Az xəbər verir ki, futbolçu bu paylaşımı komandasının əzmkar qələbəsindən təsirlənərək yazıb : "İngiltərə Premyer Liqasındakı hər oyun 3 xal uğrunda inanılmaz mübarizədir. Bu gün biz qarşımızda hansı maneələrin olduğunu anladıq. Yalnız hədəflərimizə çatmağa köklənməliyik. Birlikdə! Güclü! Toparlanmış! İrəli "şeytanlar"!
Xatırladanq ki, dünən Ronaldu "Mançester Yunayted"in heyətində keçirdiyi ardıcıl 3-cü oyunuda fərqlənə bilib.
Emin Şəmsiyev