Ronaldudan “Əl-Nəsr”də uğurlu debüt

Ronaldudan “Əl-Nəsr”də uğurlu debüt

Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda “Əl-Nəsr” “Əl-İttifaq”la qarşılaşıb.

Fanat.Az xəbər verir ki, Kriştianu Ronaldu bu matçda meydana çıxmaqla “Əl-Nəsr”in heyətində ölkə çempionatında debüt edib.

Komandasının 1:0 hesablı qələbəyə sevindiyi bu oyunda qələbə qolunu Anderson Talişka vurub. Start heyətdə yer alan Ronaldu sonadək meydanda olub.

Xatırladaq ki, Ronaldu “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər