"Ronaldu Yekədişdən də üstündür, Messidən də" - Həbib Nurməhəmmədov

"Ronaldu Yekədişdən də üstündür, Messidən də" - Həbib Nurməhəmmədov

Yüngül çəkidə sabiq UFC çempionu Həbib Nurməhəmmədov Kriştianu Ronaldu ilə Lionel Messini müqayisə edib.

Fanat.Az xəbər verir ki, "Sport 24" dağıstanlı idmançının söylədiklərini belə çatdırıb:

"Dostluğumuzu nəzərə almasaq belə, Ronaldu çox üstündür. Messi də yüksək səviyyəli futbolçudur. Bütün dönəmlərin ən yaxşılarından biridir. Ancaq xarizma amilini önə çəksək, Kriştianuya uduzur.

Portuqaliyalını Yekədişlə (braziliyalı Ronaldonu nəzərdə tutur - red.) qarşı-qarşıya gətirsək, yenə bir addım görünər. Çünki Kriştianudan fərqli olaraq, o tez-tez zədələrdən əziyyət çəkirdi. Hardasa, 8-9 il adından söz etdirdi. Amma Ronaldu 17 ildir ki, zirvədədir. 2004-cü ildə ildə Avropa çempionatının finalında mübarizə aparan birinin 2021-ci ildə rekordlar qırmağa davam etməsi sadəcə, inanılmazdır. Məncə, Yekədişdən də üstündür, Messidən də".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər