Ronaldu uzaq Skandinaviyada: Buzlu hovuzda çimdi - FOTO/VİDEO

Ronaldu uzaq Skandinaviyada: Buzlu hovuzda çimdi - FOTO/VİDEO

Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu qış tətili üçün Finlandiyaya yollanıb.

Fanat.Az xəbər verir ki, ulduz futbolçu ailəsi ilə birlikdə sözügedən ölkədə istirahət edir.

O, Yeni ili 20 dərəcə şaxtada qarşılamaqdadır. 39 yaşlı forvard qarlı havada yarıçılpaq foto çəkdirib, soyuq hovuzda çimib. O, foto və videolarını "Instagram"da paylaşaraq “Hər kəsin Milad bayramı mübarək” yazıb.

 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər