Parisdə "Qızıl top" mükafatının təqdimat mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, Lionel Messinin 7-ci dəfə bu mükafata sahib çıxdığı gecədə açıqlanan səsvermənin nəticələrinə görə Kriştianu Ronaldu 6-cı olub.
Karyerası ərzində 5 dəfə anoloji uğura imza atan portuqaliyalı hücumçu 2010-cu ildən bəri ilk dəfə üçlükdən kənarda qalıb.
1. Lionel Messi (Argentina), 613 xal.
2. Robert Levandovski (Polşa), 580.
3. Jorjinyo (İtaliya), 460.
4. Kərim Benzema (Fransa), 239.
5. Nqоlо Каnte (Fransa), 186.
6. Kriştianu Ronaldu (Portuqaliya), 178.
7. Мəhəmməd Salah (Misir), 121.
8. Кеvin De Bröyne (Belçika), 73.
9. Кilian Mbappe (Fransa), 58.
10. Canluici Donnarumma (İtaliya), 36.