Ronaldu Türkiyə Superkubokunu canlı izləyəcək

Ronaldu Türkiyə Superkubokunu canlı izləyəcək

Bu gün Səudiyyə Ərəbistanında "Qalatasaray" ilə "Fənərbaxça" arasında Türkiyə Superkuboku uğrunda matç keçiriləcək.

Fanat.Az “Sabah”a istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu oyunu tribunadan izləyəcək. 

Mənbənin məlumatına görə, Ronaldu matçdan əvvəl "Qalatasaray"ın son məşqini izləyib.

Qeyd edək ki, 2006-cı ildən Superkubok adı altında baş tutan turnir 5-ci dəfə Türkiyədən xaricində keçiriləcək.

Kriştianu Ronaldu hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər