Ronaldu şikayət etdi, rəhbərlik baş məşqçini qovdu

Ronaldu şikayət etdi, rəhbərlik baş məşqçini qovdu

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu baş məşqçi Rudi Qarsiyanı istefaya göndərib.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssisin qovulmasına həm komandanın son matçlardakı qeyri-qənaətbəxş nəticələri, həm də futbolçularla münasibətinin pis olması göstərilir. 

Qarsiyanın paltardəyişmə otağında futbolçularla mübahisə etməsi klub rəhbərliyinin səbr kasasını daşırıb. Bu, “Əl Feyha” ilə oyundan (0:0) sonra baş verib.

Qeyd edək ki, matçdan sonra mətbuata açıqlama verən Ər Riyad klubunun ulduz futbolçusu Kriştianu Ronaldu da Qarsiyadan narazılığını bildirmişdi. 

“Əl Nəsr” hazırda Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttihad”dan 3 xal geri qalaraq ikinci yerdədir. Mövsümün sonuna 7 tur qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər