Ronaldu Runini geridə qoyub rekord yenilədi

Ronaldu Runini geridə qoyub rekord yenilədi

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu elan edilən Kriştianu Ronaldu "Mançester Yunayted" tarixinin rekorduna imza atıb.

Fanat.Az xəbər verir ki, sentaybrda da bu nominasiyada bütün rəqiblərini qabaqlayan portuqaliyalı ulduz ümumilikdə 6 dəfə İPL-də ayın ən yaxşı oyunçusu olub.

Ronaldu "qırmızı şeytanlar"ın sabiq forvardı Ueyn Runini (5 mükafat) geridə qoyaraq yeni nəticə müəyyənləşdirib.

Qeyd edək ki, "Mançester Siti"nin sabiq hücumçusu Serxio Aquero və "Tottenhem"in forvardı Harri Keyn İPL-in şərikli rekordçularıdır. Aquero və Keyn hərəyə 7 dəfə ayın ən yaxşı futbolçusu mükafatına layiq görülüblər.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər