Ronaldu "Real"ın əfsanəsini "Əl-Nəsr"ə çağırır

Ronaldu "Real"ın əfsanəsini "Əl-Nəsr"ə çağırır

İspaniyanın və "Real Madrid"in sabiq futbolçusu Fernando Yerro Səudiyyə Ərəbistanında işə düzələ bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb. 

Mənbənin məlumatına görə, ispaniyalı “Əl-Nəsr”in idman direktoru ola bilər. Fernandoya dəvətin təşəbbüskarı komandanın ulduzu Kriştianu Ronaldudur. 39 yaşlı portuqaliyalı Yerronun "Əl-Nəsr"ı növbəti səviyyəyə çıxara biləcəyinə inanır. 

Hazırda funksioner "Qvadalaxara"da analoji vəzifədə çalışır. 

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 26 turundan sonra 62 xal toplayıb. Komanda lider “Əl-Hilal”dan 12 xal geri qalaraq, turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər