Ronaldu "Real"a qayıtmayacaq - SƏBƏB

Ronaldu "Real"a qayıtmayacaq - SƏBƏB
"Real" rəhbərliyi "Yuventus"un futbolçusu Kriştianu Ronaldunu komandaya qaytarmaq fikrində deyil.
Fanat.Az xəbər verir ki, bu barədə "As" nəşri məlumat yayıb.
 
Nüfuzlu mənbə 35 yaşlı hücumçunun geri dönməsinin Madrid klubunun transfer siyasətinə uyğun olmadığını vurğulayıb. İspaniyalı həmkarlarımız rəhbərliyin daha gənc futbolçulardan ibarət komanda qurmağı planlaşdırdığını yazıb.
Qeyd edək ki, Ronaldu bu mövsüm 32 matçda 25 qol vurub, 4 məhsuldar ötürmə verib.
Xatırladaq ki, İtaliya mətbuatı portuqaliyalı oyunçunun "Real"a qayıtmaq istədiyini yazmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər