Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

Kriştianu Ronaldu formasını geyindiyi "Əl-Nəsr"ə yeni ulduz transfer etməyi məsləhət görüb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Switzerland" yayıb.

Məlumata görə, bu, "Real Madrid"in cinah hücumçusu Rodriqo Qoesdir. Mənbə Səudiyyə Ərəbistanı klubunun nümayəndələrinin 24 yaşlı braziliyalının ətrafı ilə əlaqə saxladıqlarını və "sambaçı"nı heyətə qatmaq üçün böyük pullar xərcləməyə hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, Rodriqo ötən mövsüm "Real" forması ilə bütün turnirlərdə 51 matça çıxaraq 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Cənubi amerikalı oyunçunun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər