Kriştianu Ronaldunun formasını geyindiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının V turunun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, “Əl-Vəhda”nı qəbul edən Ər-Riyad təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Hesabı 41-ci dəqiqədə Qabriel Ancelo açıb. 56-cı dəqiqədə isə 39 yaşlı Ronaldu penaltidən fəqlənib.
Hazırda 11 xalı olan “Əl-Nəsr” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Nihat