Ronaldu qol vurdu, "Əl-Nəsr" 1/4 finala yüksəldi

Ronaldu qol vurdu, "Əl-Nəsr" 1/4 finala yüksəldi

Asiya Çempionlar Liqasının 1/8 final mərhələsində cavab oyunları baş tutub. 

Fanat.Az xəbər verir ki, ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu da cavab oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda ölkənin digər klubu “Əl-Faiha” ilə qarşılaşıb. Matç "Əl-Nəsr"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ronaldu görüşdə komandasının 2-ci qolunun müəllifi olub.

Beləliklə, ilk qarşılaşmada da 1:0 hesabı ilə qalib gələn "Əl-Nəsr" 1/4 finala yüksəlib.

"Əl-Nəsr" - "Əl-Faiha" 2:0 Qollar: Otavio, 17, Ronado, 86.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər