"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu ilə dostluq münasibətlərində olan jurnalist Edu Aqirre ulduz futbolçunun "Napoli"yə mümkün transferi ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, o, "El Chiringuito"nun canlı yayımında portuqaliyalının "Napoli"yə keşməyəcəyini bildirib.
Halbuki son məlumata görə, Ronaldunun Luçano Spalettinin rəhbərlik etdiyi "Napoli"yə keçəcəyi iddia olunurdu.
Kriştianu Ronaldunun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.
Mirağa