Ronaldu Messini geridə qoydu

Ronaldu Messini geridə qoydu

"Hooper HQ" şirkəti  2023-cü ilin ən populyar idmançılarının adlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu 1-ci pillədə yer alıb.

İkinci sırada Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi qərarlaşıb.

İlk "üçlüy"ü hindistanlı kriketçi Virat Kohli tamamlayıb. Braziliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Neymar dördüncü, ABŞ-nin "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms isə beşincidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər