Ronaldu Messidən danışdı: "Səmimi deyim ki..."

Ronaldu Messidən danışdı: "Səmimi deyim ki..."

"Əl Nəsr" in ulduz futbolçusu Kriştianu Ronaldu Lionel Messinin ötən ilin ən yaxşı futbolçusu elan edilməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Record" forvardın sözlərini belə çatdırıb:

“Artıq mən belə şeylərə öyrəşmişəm və bu mükafatlandırma mərasimlərinin necə və haradan idarə olunduğunu da bilirəm. Səmimi deyim ki, mükafatlandırma mərasimini izləmədim".

Qeyd edək ki, Messi 2023-cü ilin ən yaxşı kişi futbolçu mükafatına layiq görülüb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər