Ronaldu Messi ilə eyni komandada - İDDİA

Ronaldu Messi ilə eyni komandada - İDDİA

"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu PSJ-yə keçəcək.

Fanat.Az xəbər verir ki, bu iddianı İngiltərənin "Sky Sports" saytı yazıb.

Məlumatda qeyd olunur ki, bununla bağlı xəbərlər Fransada yayılıb.

 Kriştianu Ronaldu “Mançester Yunayted”dəki gələcəyi ilə bağlı böhranlı danışıqlar apardıqdan sonra PSJ-nin ona göstərdiyi maraq daha da artıb. 

Fransa klubu futbolçuya kifayət qədər yaxşı əmək haqqı təklif etməyi planlaşdırır. Ronaldu isə müqavilə müddəti bitdikdən sonra Fransaya yollanmaq niyyətində idi. Amma PSJ onun müqaviləsini gözləmək fikrində deyil və tezliklə "Mançester Yunayted"ə transferlə bağlı təklif göndərəcək.

Xatırladaq ki, PSJ rəhbərliyi daha əvvəl də Ronaldunu öz heyətinə cəlb etməyi planlaşdırırdı. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər