"Maçester Yunayted"in hücumçusu Kriştianu Ronaldu komandasının millilərin düşərgəsində olmuş futbolçular üçün nəzərdə tutulan birinci məşqinə qatılmayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.
Xəbərə görə, portuqaliyalı ulduz rəhbərliyə məşqi ailə vəziyyəti ilə əlaqədar buraxdığını deyib.
Qeyd edək ki, Ronaldu bu gün komandanın niderlandlı çalışdırıcısı Erik ten Haqla görüşərək ümumi durumu müzakirə edəcək.
Nihat