Ronaldu "Mançester Yunayted"i bu tarixədək tərk edəcək

Ronaldu "Mançester Yunayted"i bu tarixədək tərk edəcək

Kriştianu Ronaldunun "Mançester Yunayted"i nə vaxt tərk edəcəyi bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.

Xəbərə görə, portuqaliyalı superulduz İngiltərə Premyer Liqasının (İPL) 1-ci turunun oyununa qədər "qırmızı şeytanlar"la vidalaşmaqda qərarlıdır. Ronaldunun agenti Jorje Mendeşin "Barselona", "Çelsi", "Atletiko Madrid", "Bayern Münhen" və "Napoli"nin nümayəndələri ilə danışıq apardığı, lakin 37 yaşlı forvarda hələ yeni iş yeri tapa bilmədiyi vurğulanıb. Mendeşin axtarışları davam etdirdiyi bildirilib.

Qeyd edək ki, MY İPL-in ilk turunda "Brayton"la qarşılaşacaq. Görüş avqustun 7-də keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər