Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu "Mançester Yunayted"dən getməsi barədə danışıb.
Fanat.Az xəbər verir ki, yığmanın düşərgəsində AÇ-2024-ün seçmə mərhələsinin ilk oyunlarına - "Lixtenşeyn" və Lüksemburqla oyunlara hazırlaşan 38 yaşlı ulduzun dediklərini "Eurosport" belə çatdırıb:
"Bəzən kimin sənin tərəfində olduğunu bilmək üçün müəyyən əziyyət çəkməlisən. Təəssüflənməyə vaxtım yoxdur. Həyat davam edir. Necəliyindən asılı olmayaraq, bu, mənim karyeramın bir hissəsi idi.
Dağın zirvəsindəsənsə, adətən aşağılarda nə baş verdiyindən xəbərsiz olursan. Son aylarda yaşadıqlarımla heç vaxt üzləşməmişdim. Hazırda sakitəm və reallığı anladığım üçün daha hazırlıqlıyam. İndi özümü daha yaxşı hiss edirəm".
Pirs Morqana verdiyi qalmaqallı müsahibədən sonra "Mançester Yunayted"dən ayrılan Ronaldu bu ilin yanvarında Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib.
Portuqaliya seçməsi Lixtenşteynlə bu gün, Lüksemburqla martın 26-da qarşılaşacaq.
Nihat