"Əl-Nəsr"in forvardı Kriştianu Ronaldu komandasının Asiya Çempionlar Liqasında mübarizəni dayandırmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin 39 yaşlı hücumçusu bu barədə öz "Instagram" səhifəsində paylaşım edib:
"Dəstəyiniz üçün təşəkkür edirəm. Təkrar toparlanmağın bir yolunu tapacağıq. Daha güclü şəkildə geri dönəcəyik. Hər zaman birlikdəyik".
Qeyd edək ki, "Əl-Nəsr" ötən gün Asiya Çempionlar Liqasının 1/4 finalında "Əl-Əyn"lə (BƏƏ) cavab matçında penalti seriyasında uduzaraq mübarizəni dayandırıb.
Nahid Ustaclı