Ronaldu İtaliyada qarşılaşdığı 21 komandadan 20-nə qol vurub

Ronaldu İtaliyada qarşılaşdığı 21 komandadan 20-nə qol vurub
"Yuventus"un hücumçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının 28-ci turu çərçivəsində "Leççe" ilə oynanılan matçda (4:0) komandasının qollarından birinin müəllifi olub.
Fanat.Az "Opta Sports"un "Twitter" hesabına istinadən xəbər verir ki, "Leççe" Ronaldunun İtaliya çempionatında qol vurduğu 20-ci komanda olub. 35 yaşlı futbolçu A Seriyasında qarşılaşdığı 21 komandadan sadəcə biri ilə oyunda fərqlənə bilməyib. Söhbət "Verona"dan gedir.
Ronaldu cari mövsümdə 23 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər