Ronaldu İtaliyada gündəmdən düşmür: Növbəti ittiham

Ronaldu İtaliyada gündəmdən düşmür: Növbəti ittiham

İtaliyanın məşhur "Tuttosport" nəşri portuqaliyalı hücumçu Kriştianu Ronaldu (Cristiano Ronaldo) və "Yuventus"dakı karyerası haqqında məqalə dərc edib.

Fanat.Az xəbər verir ki, yazıda Ronaldunun kollektivlə doğmalaşmamaqda və oyun zamanı müdafiəyə kömək etməməkdə ittiham olunub:

“Ronaldunun hərəkətləri ucbatından “Yuventus”da bərabərlik, təvazökarlıq və birlik məhv olundu. Üç il ərzində futbolçu soyunub-geyinmə otağındakı nizam-intizam qaydalarını pozub. Burda qanun hər kəs üçün eyni deyilsə, nəticə təhlükəli ola bilər. Ronaldu komandanın adət-ənənəsini pozdu, orda özünə məxsus qayda-qanun yaratmaq istədi."

Xatırladaq ki, daha əvvəl  Ronaldunun neqativ təsiri barədə "Yuventus"un müdafiəçisi Corco Kellini də (Girgio Chiellini)  açıqlama vermişdi.

Qeyd edək ki, bu ilin yayında "Mançester Yunayted"ə keçən ulduz futbolçu ötən mövsüm "Yuventus"un heyətində 29 qolla İtaliya çempionatının bombardiri olub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər