Ronaldu işçi axtarır - Vakansiyalar elan edildi

Ronaldu işçi axtarır - Vakansiyalar elan edildi

Portuqaliyalı hücumçu Kriştianu Ronaldunun biznesi böyüməkdə davam edir. 

Fanat.Az “Marca” qəzetinə istinadən xəbər verir ki, forvard İspaniya paytaxtı Madriddə yerləşən otelində işləmək üçün işçilər toplayır. 

Otel bu vəzifələrə işçi qəbulu elan edib: supervayzer, qulluqçu, qapıçı, resepşn və ofisiant. Bütün namizədlərdən ingilis dilini yaxşı bilməsi tələb olunur. Menecer vəzifəsinin aylıq maaşı 2,3 min avro olacaq. Ofisiant isə ayda 1,3 min qazana bilər. 

Ronaldu hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayır. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər