Ronaldu "Əl-Nəsr"i qələbəyə daşıdı

Ronaldu "Əl-Nəsr"i qələbəyə daşıdı

Portuqaliyalı hücumçu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" komandası Səudiyyə Ərəbistanı çempionatının 31-ci turunda "Əl-Əhdud"u sınağa çəkib.

Fanat.Az xəbər verir ki, ulduz forvardın komandası rəqibini çətinliklə məğlub edib - 3:2.   Qollardan birinin müəllifi Ronaldu olub. 

Beləliklə, o, bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında meydana çıxdığı 28 oyunda 33-cü qolunu vurub. Onun hesabında 10 məhsuldar ötürmə də var. 39 yaşlı portuqaliyalı son 8 ilin ən uğurlu mövsümünü yaşayır. Ronaldu Səudiyyə Ərəbistanı Liqasında bombardirdir və qol+pas sistemində də liderdir.

“Əl-Nəsr” turnir cədvəlində yalnız “Əl-Hilal”dan geri qalır.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər