Ronaldu "Əl-Nəsr"ə yox, bu kluba keçməliymiş

Ronaldu "Əl-Nəsr"ə yox, bu kluba keçməliymiş

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə 2,5 illik müqavilə bağlayan Kriştianu Ronaldu bu ölkənin başqa klubuna - "Ə-Hilal"a keçməyə yaxın olub.

Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.

Xəbərə görə, daha öncə "Əl-Hilal"la şifahi razılığa gələn 37 yaşlı ulduzun bu komanda ilə rəsmi anlaşma imzalamasına transfer qadağası mane olub. Mənbə "Əl-Nəsr"lə müqaviləsinin müddəti başa çatmadığı halda, Məhəmməd Kannonu transfer edən "Əl-Hilal"a bu üzdən embarqo qoyulduğunu və nəticədə rəhbərliyin Ronaldu planının həyata keçmədiyini vurğulayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər