Ronaldu dünya rekordunu yenilədi

Ronaldu dünya rekordunu yenilədi

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu yeni rekorda imza atıb. 

Fanat.Az xəbər verir ki, superulduz milli formayla vurduğu qolların sayına görə İran seçməsinin sabiq hücumçusu Əli Daeini geridə qoyaraq dünya rekordçusu ünvanını qazanıb.   36 yaşlı forvard fərdi uğurunu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində - evdə İrlandiyaya qarşı keçirdikləri matçda (2:1) reallaşdırıb. Bu oyuna qədər hesabında 109 top olan futbolçu 89-cu dəqiqədə hesaba tarazlıq gətirib. Bu qol Kriştianunu futbol tarixində yığma formasıyla ən çox qol vuran oyunçuya çevirib. Ardından ön xətt oyunçusu (90+6-cı dəqiqədə) dublunu rəsmiləşdirərək komandasına qələbə qazandırıb.

Qeyd edək ki, İran yığmasının azərbaycanlı forvardı Əli Daei milli formayla 109 dəfə rəqib qapılarına yol tapıb.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər