Ronaldu "Borussiya"ya keçməyəcək

Ronaldu "Borussiya"ya keçməyəcək

"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldunun Dortmund "Borussiya"sının futbolçusu olmayacağı açıqlanıb.

Fanat.Az Almaniyanın "Bild" nəşrinə istinadən xəbər verir ki, klub 37 yaşlı Ronaldonu çox yaşlı hesab edir, onun maaşı isə "Borussiya"nın ən yüksək məvacib alan oyunçularının əməkhaqqından iki dəfə çoxdur.

Portuqaliyalı ulduz özü "Borussiya"nın düşərgəsinə getmək istərdi, lakin Dortmund klubunun rəhbərliyi bu variantı rədd edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər